İranın Simnan şəhərində 103 yaşlı bir qadın koronavirusa qalib gələn ikinci ən yaşlı insan kimi qeydiyyata alınıb.
Sonxeber.az xəbər verir ki, Simnan Sağlamlıq Elmləri Universitetinin rektoru Nevid Danayi, koronavirusa yoluxan 103 yaşlı bir qadının sağaldığını və müalicədən sonra sağalaraq evə göndərildiyini açıqlayıb.
Xəstənin kimliyini açıqlamayan Danayi «Kornanavirus səbəbiylə bir həftədir Simnan Kevser Xəstəxanasında müalicə alan 103 yaşlı bir qadının tamamilə sağaldığını və evə göndərildiyini» bildirib.