AGAPE
  • İsa Məsih

    İsa kimdir?

    İsanın Qurbanı

    Nə üçün İsaya möhtacıq?

    Nə üçün məhz mən?

  • Vəəzlər

    Vəz : Hiyləgərlik — Sübhan qardaş

    Vəz : Köhnə və yeni mənlik — Fəxrəddin qardaş

    Vəz : Vəftizçi Yəhya və İsa Məsih — Gündüz qardaş

    Vəz : İman və Qürur — Zaur qardaş

  • Video

    123.Məsihçi Dərsi.Samir Pastor

    121.Məsihçi dərsi.Samir pastor. Müqəddəs Ruh haqqında.28.01.2023

    Batyamız…

    Mehebbet Mebedi & Ders & Batya

  • Qalereya

  • Xəbərlər

    Vilayət Eyvazovdan karantin rejimi ilə bağlı — Müraciət

    Daha 517 nəfərdə koronavirus aşkarlandı — 7 pasiyent öldü

    Azərbaycanda hakim koronavirusdan dünyasını dəyişdi

    “Bütün həkimlərin üzünün dərisi çıxır, ayaqlarında damarlar şişib”

  • Elanlar
  • Biz
  • İlahilər ( audio )
  • Müqəddəs Kitablar
    • Müqeddes Kitab
    • Müqəddəs Kitab (audio)
  • Giriş
  • Qeydiyyat
Главная Xəbərlər

“Hər bir siqnal ciddi araşdırılacaq” — İlham Əliyev

Admin Admin
04.06.2020
604 19
0
498
SHARES
2.5k
VIEWS

“Əlbəttə, “ASAN xidmət”in fəaliyyətinə qayıdarkən, bir daha demək istəyirəm ki, bu xidmətin timsalında bizim müasir yanaşmamız görünür. Onu görürük və sübut edirik ki, korrupsiya ilə, rüşvətxorluqla nəinki mübarizə aparmaq mümkündür, uğur qazanmaq mümkündür. Biz bütün vasitələrdən istifadə edirik. Əlbəttə, hesab edirəm ki, burada əsas rol sistem xarakterli tədbirlərdir. Çünki artıq “ASAN xidmət”in timsalında görürük ki, burada bu, mümkündür. Ona görə, bu sistem xarakterli institusional tədbirlərlə biz korrupsiyanın, kölgə iqtisadiyyatının meydanını daraldırıq”.

“Qafqazinfo” bildirir ki, bu sözləri Prezident İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında çıxışı zamanı deyib.

“Ancaq bununla yanaşı, inzibati tədbirlər və cəza tədbirləri görülür və görüləcək. Azərbaycan ictimaiyyəti bu məsələ ilə bağlı məlumatlandırılır. Deyə bilərəm ki, mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür. Vətəndaşlar bunu təqdir edir, bəyənir və biz görürük ki, yerlərdən artıq siqnallar gəlməyə başlayır. Mən bir daha demək istəyirəm ki, mütləq ictimai nəzarət olmalıdır. Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq. Təbii ki, bu siqnallar ədalətli olmalıdır. Burada da hansısa qarayaxma kampaniyasına yol vermək olmaz və kortəbii yanaşmaq olmaz. Hər bir siqnal ciddi araşdırılacaq. Çünki istisna deyil ki, kimsə yalandan ortalığa bir məlumat ata bilər, kiminsə kimdənsə xoşu gəlmir, onun haqqında nəsə yaza bilər, belə hallar da var.

Ona görə, ilk növbədə, ədalət və ictimai nəzarət təmin edilməlidir. Əminəm ki, biz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də qalib gələcəyik. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizə sayəsində görülmüş işlərə yüksək qiymət verərək Azərbaycanı nümunəvi ölkə adlandırıb. Bəlkə də başqa ölkələr haqqında oxşar fikirlər səsləndirilib, amma mən eşitməmişəm. Amma Azərbaycana gəldikdə, Ümumdünya Səhiyyə Təşkilatı, o təşkilat ki, dünya miqyasında bütün səhiyyə sahəsində işlərə rəhbərlik edir və işləri koordinasiya edir, Azərbaycanı nümunəvi ölkə adlandırıb.

Bütün bunlar bir daha ona göstərir ki, birincisi, Azərbaycan güclü dövlətdir, ikincisi, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun sağlamlığıdır. Bu, onu göstərir ki, bizim tədbirlərimiz məqsədyönlüdür, səmərəlidir, vaxtında atılmış cəsarətli addımlardır. Biz insanların həyatını qorumaq üçün şüurlu şəkildə iqtisadi tənəzzülə və iqtisadi itkilərə getdik. Milyardlarla manat, — baxmayaraq ki, neftin qiyməti düşüb, — xərclədik və xərcləyirik. İnsanların sağlamlığı birinci yerdədir. Bu, onu göstərdi ki, ən çətin böhranlı anlarda biz düzgün addım ata bilərik və güclü iradə göstərə bilərik. Mən hər gün insanlardan yüzlərlə təşəkkür məktubu alıram. Onların cəmi bir hissəsi mətbuatda dərc edilir. İnsanlar bu məktublarda minnətdarlıqlarını bildirirlər. Mənim üçün görülmüş bu işlərə verilmiş ən yüksək qiymət vətəndaşların buna münasibətidir”, — deyə dövlət başçısı əlavə edib.

Share199Tweet125Share25
Admin

Admin

Следующая запись

Həftəsonu dəfnə getmək üçün belə icazə alacaqsınız - Rəsmi

Isa Film — Azərbaycanca

Uşaqlar üçün Cizgi Film

Maraqlı və Çox Təsirli

Uşaqlar üçün İsa Məsih (Yehyanin müjdəsi)

Xəritədə Yerimiz

Nəqliyyat və Əlaqə

  • Əlaqə ( 077 ) 569-44-74 / agapeaze@gmail.com
  • Ana Səhifə

AGAPE Dini icması 2019-2020 © Bütün hüquqlar qorunur.

  • İsa Məsih
  • Vəəzlər
  • Video
  • Qalereya
  • Xəbərlər
  • Elanlar
  • Biz
  • İlahilər ( audio )
  • Müqəddəs Kitablar
    • Müqəddəs Kitab
    • Müqəddəs Kitab (audio)
  • Əlaqə ( 077 ) 569-44-74 / agapeaze@gmail.com
  • Giriş
  • Qeydiyyat

AGAPE Dini icması 2019-2020 © Bütün hüquqlar qorunur.

Login to your account below

Forgotten Password? Sign Up

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In