Xəbər verdiyimiz kimi, hazırda Mərkəzi Gömrük Hospitalında koronavirusla mübarizə aparan Əməkdar artist Bəhram Bağırzadə Ekstrakorporal Membran Oksigenasiya (ECMO) aparatına qoşulub.
Ötən gün Mərkəzi Gömrük Hospitalının rəis müavini Bəxtiyar Musayev “Qafqazinfo”ya açıqlamasında bildirmişdi ki, ECMO — ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur. Həkim, eyni zamanda, Azərbaycanda koronaviruslu xəstələrə ECMO aparatının ilk dəfə Bəhram Bağırzadədə istifadə edildiyini bildirib.