AGAPE
  • İsa Məsih

    İsa kimdir?

    İsanın Qurbanı

    Nə üçün İsaya möhtacıq?

    Nə üçün məhz mən?

  • Vəəzlər

    Məhəbbət Məbədi / Vəz / Zaur / Yəhya Pastor

    Məhəbbət Məbədi / Rəbbin süfrəsi / Samir Pastor

    Məhəbbət Məbədi / Vəz / Gündüz : Ravid

    Məhəbbət Məbədi / Vəz / Elnur ; Zaur

  • Video

    123.Məsihçi Dərsi.Samir Pastor

    121.Məsihçi dərsi.Samir pastor. Müqəddəs Ruh haqqında.28.01.2023

    Batyamız…

    Mehebbet Mebedi & Ders & Batya

  • Qalereya

  • Xəbərlər

    Vilayət Eyvazovdan karantin rejimi ilə bağlı — Müraciət

    Daha 517 nəfərdə koronavirus aşkarlandı — 7 pasiyent öldü

    Azərbaycanda hakim koronavirusdan dünyasını dəyişdi

    “Bütün həkimlərin üzünün dərisi çıxır, ayaqlarında damarlar şişib”

  • Elanlar
  • Biz
  • İlahilər ( audio )
  • Müqəddəs Kitablar
    • Müqeddes Kitab
    • Müqəddəs Kitab (audio)
  • Giriş
  • Qeydiyyat
Главная Elanlar

Fexreddin Fexreddin
20.01.2023
617 6
0
498
SHARES
2.5k
VIEWS

Hər il 20 yanvar günündə şəhidlərin ruhu qarşısında ehtiramımı bildirmək üçün Şəhidlər Xiyabanında olarkən hər birimiz kimi belə bir sual barədə düşünürəm: nədən bu qədər illər keçib, nəsillər dəyişib, ancaq xalqın şəhidlər qarşısında borcunu yerinə yetirmək, onların ruhu önündə baş əymək üçün soyuqda, şaxtada, yağışda bu müqəddəs məkana gəlmək istəyi azalmır, zəifləmir?

Özü də tək yanvarın 20-də deyil. Günlər öncə insanlarımızın Şəhidlər Xiyabanına axını başlayır. Bizim nəslin hər bir nümayəndəsi təsdiqləyər: valideyinlərimiz bizi uşaq vaxtlarından mütləq halda yanvarın 20-də Şəhidlər Xiyabanına aparıb. Bu, anlaşılan idi, onlar həmin faciəni, o dəhşətli günləri, tarixi öz gözləri ilə görmüşdülər və bu məlumatı instinktiv olara bizə, yeni nəslin nümayəndələrinə ötürmək istəyirdilər. Bizim də belə faciələri yaşaya bilməyimizdən qorxur, ehtiyat edirdilər, 20 Yanvar terrorunun dəhşətlərini, hüznü, ümumxalq səviyyəsində dünyagörüşümüzü necə alt-üst etdiyinin miqyasını yaddaşımıza hopdurmaq istəyirdilər. İndi biz özümüz valideyinik və ata-analarımızın etdiklərini biz də təkrarlayırıq. Fikir verin, hələ yanvarın 18-19-dan yüzlərlə, minlərlə gənc valideyin uşaqları ilə bəlkə də biraz tələsik təəssürat yaradan şəkildə Şəhidlər Xiyabanını ziyarət edirlər. Ola bilsin işdən icazə alıblar, yaxud təcili evə çatmalıdırlar. Yəgin, yanvarın 20-də gələ bilməyəcəklər deyə sayğılarını bir gün qabaq bildirirlər. Öz övladları ilə. Tariximizin onların da yaddaşında möhkəmlənməsi amalı ilə…

Bizi o vaxtlar Şəhidlər Xiyabanına həmin günləri görmüş böyüklərimiz aparırdı. Çünki bir daha xalqımızın belə faicələr yaşamamasını arzulayırdılar. Bu gün övladlarımızı bu müqəddəs məkana biz aparırıq. Çünki Vətən, azadlıq, müstəqillik, milli dövlətçilik uğrunda canlarını qurban vermiş şəhidlərimizin arzu, təsəvvür etdikləri Azərbaycanda biz yaşayırıq. Qarabağda Zəfəri biz görmüşük, torpaqlarımızın qarış-qarış, kəndbəkən, şəhərbəşəhər azad edildiyi günləri göz yaşları ilə biz yaşamışıq. Müstəqil, dünyada tanınan, bölgəsində söz sahibi olan, düşmənini qorxu içində saxlayan Silahlı Qüvvələrə malik Azərbaycanın vətəndaşları bizik. Şəhidlərimizin amalı Azərbaycanın bu gününə nail olmaq idi. Mübarizəniz çin oldu, şəhidlər. Allah sizə rəhmət eləsin!

Elnur Allahverdiyev, Milli Məclisin deputatı

Share199Tweet125Share25
Fexreddin

Fexreddin

Следующая запись

Isa Film — Azərbaycanca

Uşaqlar üçün Cizgi Film

Maraqlı və Çox Təsirli

Uşaqlar üçün İsa Məsih (Yehyanin müjdəsi)

Xəritədə Yerimiz

Nəqliyyat və Əlaqə

  • Əlaqə ( 077 ) 569-44-74 / agapeaze@gmail.com
  • Ana Səhifə

AGAPE Dini icması 2019-2020 © Bütün hüquqlar qorunur.

  • İsa Məsih
  • Vəəzlər
  • Video
  • Qalereya
  • Xəbərlər
  • Elanlar
  • Biz
  • İlahilər ( audio )
  • Müqəddəs Kitablar
    • Müqəddəs Kitab
    • Müqəddəs Kitab (audio)
  • Əlaqə ( 077 ) 569-44-74 / agapeaze@gmail.com
  • Giriş
  • Qeydiyyat

AGAPE Dini icması 2019-2020 © Bütün hüquqlar qorunur.

Login to your account below

Forgotten Password? Sign Up

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In