Pastor Sarının Şəhadətçiliyi.
Yeşaya 42;6-7″«Mən Rəbb salehliyimlə səni çağırdım, Sənin əlindən tutacağam, Səni qoruyacağam, Səni xalqım üçün əhd edəcəyəm, Millətlərə nur edəcəyəm ki, Korların gözlərini açasan, Zindandan dustaqları, Zülmətdə, həbsxanada oturanları azad edəsən.»
Mən, Mirzəyev Sarı, 1960-ci ildə Şamaxı şəhərində anadan olmuşam. Mənim anam və atam məni cox əzizləyib böyüdüblər . Onların icazəsi olmadan mən heç bir şey edə bilmirdim.
Mənim 18 yaşım olanda anam rəhmətə getdi. Anamı çox sevdiyimə görə bu mənə çox pis təsir etdi. O vaxtdan mənim həyatımın mənası itdi ve çoxlu narkotik qəbul edib spirtli ickilər içirdim.
Atam məni bu halda görüb, əzab çəkirdi. Mən onun məsləhətlərini dinləmirdim.
Tezliklə mən əsgərliyə getdim. Orada mən çox narkotik qəbul edirdim ve ondan azad ola bilmirdim. Əsgərliyi bitirdikdən sonra mən evləndim. Həmin vaxt mən restoranda işləyirdim.
Bir gün mən çoxlu narkotik qəbul etmişdim və çox pis halda evimizə gəldim ve qapıdan içəri
girib yerə yıxıldım. Yoldaşım və atam məni evin içərisinə apardılar. Səhəri gün mən yuxudan ayılıb,diz üstündə Rəbbi çağırdım və dedim, «Əgər Sən varsansa, onda mənə yardım et». Dua zamanı mən bir səs eşitdim: «Narkotiki at və Mən sənə yardım edim». Mən bu səsi eşitdikdən sonra atamı çağırdım və dedim :»Mən bir daha narkotik qəbul etmeyəcəyəm». Bu, 1989-ci ildə olmuşdu.
Səhəri gün mən bir müsəlman mollanın yanına getdim və ona dedim ki, mənim üçün dua etsin. O dedi:» Rəbb sənin kimi günahkarların duasını eşitmir».
Bir vaxtdan sonra bir kişi mənə İncil kitabını verdi. Mən bu kitabı oxudum və çox sevindim. Bu insan məni Bakıda olan dua evinə dəvət etdi ve mən onunla dua evinə getdim. Toplantıda
oturdum və dinlədim, lakin heç bir şey anlamadım. Tovbə zamanı mən tövbəyə çıxdım. Bu mənim həyatımda ən çətin addımım idi. Mən Məsihçi həyatını anlamırdım. Toplantıdan sonra mən evimizə, yəni Şamaxıya qayıtdım . Lakin keçmiş həyatımı yaşayırdım. Her şeydən bezmişdim və ona görə də özümü öldürmək istəyirdim. O zaman, həmən eşitdiyim o səs mənə ikinci dəfə dedi: özünə heç bir pis şey etmə, çünki sən indi sınağdan keçirsən.
İki ildən sonra ,1991-ci ildə mən yenidən Bakıda olan dua evinə qayıtdım. Bu zaman mənə su vəftizindən keçməyi təklif etdilər. Lakin, mən bunun ne üçün olduğunu anlamırdım və bunu etmek mənə çox çətin idi. Çünki, müsəlmanlar arasında məsihçi olmaq çox çətin idi. Lakin, bir az düşünəndən sonra qərar verdim və vəftiz oldum. 10 gündən sonra mən bir röya gördum. Səmada ağ daşlardan tikilmiş evi ve əhd sandığını gördum. Bu sandığdan bir qüvvə çıxıb məni vurdu və mən yerə yıxıldım. Yuxudan oyandıqdan sonra mən dua edib Rəbdən bu yuxunun mənasını soruşdum. O səs yenidən mənə dedi: «Mən səni seçmişəm, sən əhd sandığını gördun».
Mənim həyatım dəyişdi və mən keçmiş həyatımdan tamamilə ayrıldım. Müqəddəs kitabı öyrənməyə başladım. İkinci dəfə yenidən doğulduğum üçün çox sevinirdim. Artıq hər şeyi anlayırdım, kilsəyə getməyə başladım. Həmin zaman kilsədə ancaq ruslar var idi. İki aydan sonra mən vəz etməyə başladım. Yavaş-yavaş kilsəyə azərbaycanlılar gəlməyə başladılar.
Mənim atam mənim həyatımda olan dəyişikliyi görüb İsani qəbul etdi. O tövbə edəndə dedi:
«Mən oğlumun həyatını neçə illərdi dəyişə bilmədim, lakin İsa onu qısa bir zamanda dəyişdi».
1994-ci ildə mənim həyat yoldaşım İsani qəbul etdi.
Toplantıda azərbaycanlılar coxaldığı üçün, biz artıq ruslardan ayrı toplantı keçirtməyə başladıq.
1996-ci ildə mən artıq bu toplantının pastoru seçildim. Bir neçə aydan sonra ,25 May 1996-cı ildə 72 imanlını suda vəftiz etdik. Tez bir zamanda bizim kilsə artdı və biz artıq xəstəxanalarda, uşaq evlərində, həbsxanalarda və başqa şəhərlərə gedib müjdəni yayırdıq. İnsanlar İsanı sevinclə qəbul edirdilər. Buna baxmayaraq bizim çətinliklərimiz başladı, polis işçiləri bizi tez-tez tutub kitablarımızı əlimizdən alırdı.
Qusar şəhərində bir neçə qardaşımızı həbs etmişdilər.
1999-cu ildə müsəlmanlar bizim uşaq düşərgəsinə basqın edib, onları qorxuzaraq oradan qovmuşdular.
1999-cu ildə polislər bizim kilsəyə Bazar günü, toplantı zamanı basqın edib, məni və Yəhyanı
tutub 15 günlük həbs etdilər. Kilsənin qapısında durub imanınların ünvanlarını yazaraq qorxuzdular.
Bizi həbsxanada çox qaranlıq və pis yerdə saxlayırdılar, orda hava yox idi ,ona görə də biz orda boğulurduq. Bizi xalq düşməni adlandırmışdılar.
Bizim həyatımız Rəbbin əlində idi və hamı bizim üçün dua edirdi. Bu zaman bir neçə
səfirlər və amerikan konqresmenləri mənim işim ilə məşqul olduqdan sonra məni azad
etdilər. Biz yeniden kilsəyə qayıtdıq və mən yenidən vəz etməyə başladım. Bir az sonra bizim kilsəyə qeydiyyat verdiler. İki ildən sonra 2001-ci ildə yeni yaradılmış dini komitə mənim
Yeşaya 53-cü fəsildə oruc haqda olan vəzima görə bizi məhkəməyə verdiler. Məhkəmə guya
müsəlman dininə qarşı olduğumuzu bildirib, bizim kilsəmizin qeydiyyatını bağladı. Həmin zaman məni 20 gün ərzində gündə 5 dəfə televizorda göstərib İslamın düşməni və Erməni şpiyonu adlandırırdılar. Ailəmi və məni qorxuzurdular.
Bütün çətinliklərə baxmayaraq Rəbb bizi qoruyurdu. Mənim ailəm və kilsədə olan bacı-
qardaşlarım mənə Rəbb tərəfindən verilən xeyir dua idi.
Bir neçə vaxtdan sonra biz dini komitəyə yenidən qeydiyyat almaq üçün muraciət etdik, lakin onlar bizim sənədlərimizi bizə qaytarıb dedilər ki, sənin pastor olmağını biz istəmirik. Amma Rəbbimizin yardımı ilə biz artiq dini komitə tərəfindən qeydiyyata düşmüşük.
Bütün bunlara baxmayaraq mən hər gün çalışıram ki, layiqli pastor, ailə başçısı və Rəbbin sadiq qulu olaraq qalım.
Mən çox çətinliklər, həbsxana, təhqirlər yaşamağıma baxmayaraq, burada, Azəbaycanda yaşayıb insanlara İsa Məsih haqqında danışıb, onlara xilas yolunu göstərmək ve Rəbbə qulluq etmək istəyirəm.